Haqqımda.
Reklam, musiqi və mədəniyyətin kəsişməsində.

YARADICILIQ VƏ HƏRƏKƏT
Mən Bakıda fəaliyyət göstərən kreativ layihə meneceri və prodüserəm. Səkkiz ildən artıqdır ki, əsasən reklam kampaniyaları, brend kontenti və tədbirlər üzərində çalışıram.
Pepsi, Doritos, Lay's, Mountain Dew, Gorilla Energy, Samsung, Nar, CityNet və GSK kimi brendlərlə əməkdaşlıq etmiş, layihələri ilkin ideya və planlaşdırmadan istehsal və təqdimat mərhələsinədək idarə etmişəm.
Musiqi də fəaliyyətimin mühüm hissəsidir. Agentlik işlərimlə yanaşı Cırtdan Pro da daxil olmaqla şəxsi layihələrimi inkişaf etdirir, Ahmedowsky ilə prodüser və menecer kimi çalışıram.
Fəaliyyətim reklam, musiqi və mədəniyyətin kəsişməsindədir.
Təcrübə
Publicis Azerbaijan
Müştəri və layihə idarəetməsi, inteqrə edilmiş kampaniyalar
ADZONE ADV AGENCY
Layihə idarəetməsi və irimiqyaslı tədbirlərin təşkili
İctimai TV / Yeraltı
Redaktorluq, ssenari və mədəniyyət məzmunu
İT və rəqəmsal marketinq
Layihə və rəqəmsal marketinq idarəetməsi